Niderland Ukraynaya yeni yardım paketi ayırıb

Niderland Ukraynaya radar sistemləri və pilotsuz təyyarələr də daxil olmaqla, 175 milyon avro dəyərində yeni hərbi yardım paketi təqdim edir.
AZƏRTAC xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Ruben Brekelmans çərşənbə axşamı bildirib.
“Mən 175 milyon avroluq yeni yardım paketi elan edirəm, buraya radar sistemləri və pilotsuz təyyarələr daxildir”, - deyə Brekelmans sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, Niderland Ukraynaya pilotsuz uçan aparatlarının aşkarlanması üçün 100 əlavə radar və zərərcəkənlərin daşınması üçün nəqliyyat vasitələri göndərəcək.
Bundan əlavə, yeni yardım paketinə əlavə PUA-lar alınması üçün 80 milyon avro daxildir.
"Cebheinfo.az"