Əfqanıstan XİN “İslam Dövləti”nə qarşı mübarizədən danışıb

Əfqanıstan XİN “İslam Dövləti”nə qarşı mübarizədən danışıb

“İslam Dövləti” qruplaşmasının zərərsizləşdirilməsi hazırkı Əfqanıstan hakimiyyətinin ən böyük nailiyyətlərindən biri olub.

Bu barədə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttaki Tolo News-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Əfqanıstanda sabitliyin təmin olunması həm qonşu ölkələrin, həm də regional və qlobal dövlətlərin maraqlarına uyğundur.

Nazir bildirib ki, son dörd il ərzində Kabil “İslam Dövləti” və digər üsyançı elementlərdən gələn təhdidlərin qarşısını almağı, tayfa liderliyini aradan qaldırmağı, narkotik bitkilərin becərilməsini məhdudlaşdırmağı və inzibati korrupsiyanı sıfıra endirməyi bacarıb.

Daha əvvəl İraq rəsmiləri “İslam Dövləti” qruplaşmasının liderlərindən birinin zərərsizləşdirildiyini bildirmişdi.

"Cebheinfo.az"