Özbəkistan ilk dəfə FAO Şurasına üzv seçilib

İtaliyanın paytaxtı Romada iyulun 4-də keçirilən seçkilərdən sonra Özbəkistan ilk dəfə yekdilliklə 2028-2029-cu illər üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Şurasına üzv seçilib.
Bu barədə “Report” Özbəkistan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Bildirilib ki, Şuraya üzvlük Özbəkistana qlobal ərzaq siyasətinin inkişafında iştirak etməyə, milli təşəbbüs və layihələri təşviq etməyə və əlavə resurslar cəlb etməyə imkan verəcək.
Qeyd edək ki, Şura üç il müddətinə seçilən 49 üzv dövlətdən ibarətdir. O, büdcəni, FAO proqramlarını nəzərdən keçirir və əsas qərarlar və tövsiyələr verir.
“Cebheinfo.az”