Yeni Zelandiyada zəlzələ baş verib

Yeni Zelandiyada zəlzələ baş verib

Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avstraliyanın Meteorologiya Bürosu məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ Riverton şəhərinin 208 kilometrliyində baş verib.

Yeraltı təkanların dərinliyi 10,0 km-dir.

Sunami təhlükəsinin olmadığı bildirilib.

Hələlik tələfat və ya əmlaka dəyən ziyan barədə məlumat verilmir.

“Cebheinfo.az”