Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya bir gecədə bu qədər PUA vurdu

Hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya ərazisi üzərində 5 ədəd Ukrayna PUA-sını məhv edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ötən gecə Kiyev rejiminin Rusiya ərazisində hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. 

Növbətçi hava hücumundan müdafiə sistemləri Bryansk vilayəti ərazisi üzərində Ukraynaya məxsus 5 ədəd pilotsuz uçuş aparatını məhv edib", - məlumatda deyilir.

"Cebheinfo.az"