Təl-Əvivdə partlayış səsləri eşidilib

İsrailin İrana hücumlarının 9-cu günündə də intensiv toqquşmalar davam edir.
"Cebheinfo.az" xəbər verir ki, İsrailin paytaxtı Təl-Əvivdə yenidən sirenlər səslənib. İran gecə saatlarında Təl-Əvivə cavab hücumu həyata keçirib.
Təl-Əvivdə çoxsaylı partlayış səsləri eşidilib. İsrail mediası İrandan 5 raketin atıldığını və hücumdan sonra raketdən müdafiə sisteminin hissələrinin düşməsindən sonra binanın damında yanğın baş verdiyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"