Emin Əmrullayev: "Süni intellektdən yanlış istifadə uşaqların kütləşməsinə gətirib çıxarır"
Bir çox hallarda uşaqlar süni intellektə hansısa məsələnin izah yolu ilə bağlı deyil, məsələnin birbaşa cavabı üçün müraciət edir
"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi" adlı tədqiqat hesabatının və "Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, süni intellektdən yanlış istifadə uşaqların kütləşməsi və tənbəlləşməsinə səbəb olur:
"Çünki uşaqlar süni intellektdən məsələnin həllini yox, cavabını bilmək istəyirlər. Məsələn, hansısa riyazi məsələ ilə bağlı süni intellektə "bu məsələni mənə izah et" kimi yox "bunun cavabını mənə de" formasında müraciət edirlər. Bu, gələcək üçün çox təhlükəlidir. Uşaqların gələcəyini, beyin inkişafı üçün riskdir".
"Cebheinfo.az"


