Eşşək dişləyən kişinin ölümü: "Xəstəxana dəhlizində..."
Bir həftə əvvəl Xaçmaz rayonunun Yergüc kənd sakini, 1956-cı il təvəllüdlü Murad Müslüm oğlu Əsfəndiyarovu kənd ərazisində eşşək dişləyib.
Hadisədən sonra bir müddət ev şəraitində müalicə alan 70 yaşlı kişi ötən gün vəfat edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən “Cebheinfo.az”ın sorğusuna cavab olaraq bildirilib ki, 09.06.2026-cı il tarixində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına müraciət edən vətəndaşlardan biri – 1956-cı il təvəllüdlü kişinin tibb müəssisəsinin dəhlizində vəziyyəti qəfil pisləşib:
“Ona dərhal təcili və təxirəsalınmaz tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Saat 15:00 radələrində tibbi heyət tərəfindən şəxsin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib”.
Aişə Abdulova
“Cebheinfo.az”


