Rusiya indi də Türkiyəni hədəf aldı: “Qafqazda gərginlik...”

Rusiya indi də Türkiyəni hədəf aldı: “Qafqazda gərginlik...”

“Avropa İttifaqı, ABŞ və Türkiyənin Qafqaz ölkələrinə artan təsiri regionda daha da böyük gərginlik mənbəyi yaradacaq”. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini Valeri Semerikov MDB ölkələrinin antiterror strukturlarının əsas bölmələrinin rəhbərlərinin və terrorizm və ekstremizmə qarşı mübarizə səylərini əlaqələndirən Birlik ölkələrinin milli strukturlarının rəhbərlərinin 19-cu iclasında bildirib.

"Qafqaz regionunda münaqişə potensialının səviyyəsi yüksək olaraq qalır. Hesab edirəm ki, Avropa İttifaqının, ABŞ-nin və Türkiyənin bu region ölkələrinə artan təsiri daha da böyük gərginlik mənbəyi yaradacaq", - deyə o bildirib. 

Onun sözlərinə görə, KTMT-nin qərb sərhədlərində vəziyyət xüsusilə gərgindir. Semerikov vurğulayıb ki, bu istiqamətdən əsas təhlükə Avropadan gəlir.

Bildirilib ki, son illər Avropa İttifaqı Qafqazda fəal şəkildə iştirakını artırır. Ermənistanda Aİ-nin mülki monitorinq missiyası fəaliyyət göstərir və bu, rəsmi Bakının tirazına səbəb olur. ABŞ həmçinin Ermənistanla birgə hərbi təlimlər keçirir (məsələn, "Eagle Partner") və ökənin təhlükəsizliyini şaxələndirmək üçün maliyyə yardımı göstərir.

Türkiyə isə Azərbaycanın strateji müttəfiqidir. Rəsmi Ankara bölgədəki geosiyasi tarazlığı dəyişdirən “Zəngəzur dəhlizi” layihəsini fəal şəkildə təşviq edir.

Bu fonda Ermənistan KTMT-dəki iştirakını faktiki olaraq dondurub, bir neçə zirvə görüşündə iştirak etməyib və yeni təhlükəsizlik tərəfdaşları axtardığını bildirib. Baş nazir Nikol Paşinyan açıq şəkildə İrəvanın lazım gələrsə KTMT-dən çıxa biləcəyini deyib.

Xəzər
“Cebheinfo.az”