Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək - FOTOLAR
İyunun 18-dən 28-nə qədər Mərakeşin Tanjer şəhərində Optimist sinfi üzrə Dünya Çempionatı keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən ən güclü gənc yelkənçilərin bir araya gələcəyi nüfuzlu yarışda Azərbaycan Su İdman Növləri Federasiyası 5 idmançı ilə təmsil olunacaq.
Komandamızın heyətində Amira Bayramova, Furkan Mustafayev, Səma Mansurzadə, Kamal Bəşirli və Emel Məmmədli yer alıblar.
Qeyd edək ki, Optimist Dünya Çempionatı gənc yelkənçilər üçün ən mötəbər beynəlxalq yarışlardan biri hesab olunur. Çempionatda iştirak idmançılarımızın beynəlxalq təcrübələrinin artırılması və gələcək uğurları baxımından mühüm əhəmiyyət daşıyır.
"Cebheinfo.az"


