İran raketlərini tam hazır vəziyyətə gətirib

İran raketlərini tam hazır vəziyyətə gətirib

Əgər İsrail bazar günü hücumlarına cavab verərsə, İran dərhal İsrailə yeni ballistik raketlər atmağa hazırdır.

"Cebheinfo.az" xəbər verir ki, bunu İran xəbər agentliyi "Tasnim" məlumatlı hərbi mənbəyə istinadən bildirib.

Mənbə agentliyə bildirib ki, İsrail rejimi İrana qarşı cavab tədbiri görərsə, artıq işğal olunmuş ərazilərdəki daha geniş hədəflərə qarşı kifayət qədər sayda İran raketi dərhal atılmağa hazırdır.

O vurğulayıb ki, əgər İsrail cavab verərsə, İran əməliyyatlarının növbəti mərhələsi daha geniş olacaq:

"İran genişmiqyaslı döyüşə başlamağa hazırdır və sionistlər bu xəbərdarlığa qulaq asmalıdırlar".

Xəzər

"Cebheinfo.az"