Kamçatkada növbəti güclü ZƏLZƏLƏ
Rusiyada daha əvvəl 8,8 bal gücündə zəlzələnin baş verdiyi Kamçatka bölgəsi yenidən yeraltı təkanlarla sarsılıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) yaydığı məlumata görə, bölgədə 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Məlumata əsasən, Rusiyanın Kamçatka bölgəsində baş verən zəlzələnin gücü 6,6 bal olub.Hazırda hadisə nəticəsində hər hansı insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib.
Kamçatka bölgəsi daha əvvəl də güclü zəlzələlərlə gündəmə gəlmişdi. 30 iyul 2025-ci ildə burada baş verən 8,8 bal gücündə zəlzələ tarixdə qeydə alınan ən böyük zəlzələlərdən biri hesab olunur və dünya üzrə ən güclü ilk 10 zəlzələ sırasında yer alır.
Nigar Hacılı
"Cebheinfo.az"

