Bakıda gəlin maşını yolu kəsdi- FOTOLAR      

Bakıda gəlin maşını yolu kəsdi- FOTOLAR      

Bakıda gəlin maşını küçədə nəqliyyatın hərəkətinin dayanmasına və tıxaca səbəb olub. 

"Cebheinfo.az" xəbər verir ki,  iyunun 24 -də axşam saat 18.20 radələrində keçmiş "Vorovski" adlanan ərazidə bəy-gəlini şadlıq sarayına aparmaq üçün evlərdən birinə gələn maşın yolu bağlayıb.

Minik avtomobilləri və avtobuslar onsuz da darısqal olan yolda hərəkət edə bilməyiblər. Yolda tıxacın toy səbəbiylə yaranması, gəlin və bəyi müşayiət edən musiqiçilərin ifası yarana biləcək gərginliyin  qarşısını alıb. Bəy və gəlini aparacaq maşın müəyyən qədər yerdəyişmə etdikdən sonra hərəkət bərpa edilib. 

Xəzər 
"Cebheinfo.az"