İlham ƏIiyev onlara general rütbəsi verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
"Cebheinfo.az"ın məlumatına görə, sənədə əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik İdris Mustafa oğlu Məhərrəmova
polkovnik Vasif Tofiq oğlu Xəlilova
polkovnik Elnur Sadıq oğlu Kazımova
polkovnik Elgün Aqil oğlu Əliyevə.
Dövlət başçısının imzaladığı digər Sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimova da “general-mayor” ali hərbi rütbəsi verilib.
"Cebheinfo.az"