İsrailin 7 hərbçisi Qəzzada öldürüldü

Qəzza sektorundakı toqquşmalar zamanı daha 7 İsrail hərbçisi öldürülüb, biri ağır olmaqla iki nəfər isə yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, İsrail tərəfi öz itkiləri ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Qəzzanın cənubundakı Xan Yunis şəhərində fələstinli bir müqavimətçi İsrail əsgərlərinin olduğu zirehli maşına bomba yerləşdirib.
Partlayış nəticəsində zirehli maşın alovlanıb və içindəki 7 əsgərin öldüyü qeyd olunub.
Yenə Xan Yunisdə biri ağır olmaqla 2 İsrail əsgərinin raket atəşi ilə yaralandığı bildirilib.
Beləliklə, 27 oktyabr 2023-cü ildən başladılan quru hücumlarından bəri Qəzzadakı döyüşlərdə öldürülən İsrail əsgərlərinin sayı 434-ə çatıb.
Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda isə 56 min 77 fələstinli həyatını itirib, 131 min 848 nəfər yaralanıb.
Nigar Hacılı
"Cebheinfo.az"