Azərbaycanda problemli kreditlərin məbləği 9 % artıb

Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 508,3 milyon manat təşkil edib.
"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 1,1 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 13,2 %, son 1 ildə isə 9 % artıb.
Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət aprelin sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il mayın sonuna isə 1,8 % olub.
"Cebheinfo.az"