İrəvanda dövlət çevrilişinə cəhd: Separatçılar saxlanıldı

Qarabağda ləğv edilmiş qondarma rejimin bəzi nümayəndələri Ermənistanda terror aktları törətmək və hakimiyyəti ələ keçirmək cəhdində ittiham olunur.
“Cebheinfo.az”-ın məlumatına görə, özünü uydurma DQR-in “parlament üzvü” adlandıran David Qalstyan, həmçinin, terror aktları yolu ilə dövlət çevirilişi hazırlamaq ittihamı ilə barəsində cinayət işi açılmış “Müqəddəs Mübarizə” hərəkatını dəstəkləyən və Qarabağdan köçmüş bir neçə nəfər erməni sakin Milli
Təhlükəsizlik Xidmətinin İrəvandakı Açapnyak və Davtaşen inzibati rayonlarının İstintaq İdarələrinə aparılıblar.
Bu barədə açıqlama verən vəkil Roman Yeritsyan Qalstyanın hazırda saxlanıldığını deyib.
Müşfiq Abdulla
“Cebheinfo.az”