Dağıstanda həbslər başladı: Putinin təltif etdiyi şəxsin oğlu da saxlanıldı 

Dağıstanda həbslər başladı: Putinin təltif etdiyi şəxsin oğlu da saxlanıldı 

Qanunsuz özəlləşdirmə ilə bağlı cinayət işinin istintaqı çərçivəsində təhlükəsizlik qüvvələri Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedovu, eləcə də onun bir çox qohumlarını və həmkarlarını saxlayıblar.

“Cebheinfo.az”  xəbər verir ki, bunu hüquq-mühafizə orqanlarındakı mənbənin "Kommersant"-a verdiyi məlumatda belə deyilir.

Bundan əvvəl hüquq-mühafizə orqanları Dağıstanın dövlət katibi Maqomedovla, həmçinin “Dagnefteprodukt” şirkətinin daxil olduğu “MSB-Holding” MMC ilə əlaqəli 50-dən çox ünvanda axtarışlar aparıb.

“Qeyri-qanuni özəlləşdirmə ilə bağlı cinayət işi açılıb”,- deyən mənbə bildirib ki, müəssisə geri qaytarılacaq.

Onun sözlərinə görə, respublikanın dövlət katibinin özü, eləcə də “bütün qohumları və həmkarları” saxlanılıb.

MSB Holdinq MMC-nin rəhbəri Dağıstanın dövlət katibi, Respublika Xalq Məclisinin deputatı, Dağıstanda İctimai Dəstək Qərargahının rəhbəri Maqomed Maqomedovun oğludur. İki həftə əvvəl Rusiya Günündə Dağıstanın rəhbəri Sergey Melikov ona Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Fəxri Fərmanını təqdim edib.

Xəzər
“Cebheinfo.az”