Müharibə bitdi: Bütün İsraildə məktəblər açılıb

İsrail ordusunun Daxili Cəbhə Komandanlığı dünən Tehranla münaqişə zamanı mülki şəxslərə tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldırdığını elan etdikdən sonra döyüşlər başlayandan bəri ilk dəfə olaraq bütün İsraildə məktəblər açılıb.
“Cebheinfo.az” bu barədə “Times of Israel”-ə istinadən xəbər verir.
Yerli hakimiyyət orqanları da qərarı təsdiqləməlidir, lakin birbaşa vurulan ərazilərdə yerləşən məktəblər yenidən açılmağa məcbur edilməyəcək. Bəzi bələdiyyələr bu gün məktəbləri açmamaq qərarına gəliblər.
“Channel 12 News”-un məlumatına görə, İrandan atılan raketlər nəticəsində 300-ə yaxın təhsil müəssisəsi zərər görüb.
Raket atəşi nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan və məktəblərindən uzaqda ola biləcək uşaqlar üçün də vəziyyət mürəkkəbdir.
Xəzər
“Cebheinfo.az”