16 yaşlı qızı qaçıran axundla bağlı qərar verildi - CƏZALANDI

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu qərar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli qərarı ilə təsdiqlənmiş "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nın 8.1.9-cu bəndinə əsasən verilib.
Həmin bəndə görə, din xadimi mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə və din xadiminin fəaliyyətinə zidd hərəkətlərə yol verdikdə, vəzifəsindən uzaqlaşdırıla bilər.
"Cebheinfo.az"