Ermənistanda "daşnaklar"a cinayət işi AÇILDI

Ermənistanda "daşnaklar"a  cinayət işi AÇILDI

Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” partiyasının bir sıra rəhbər işçilərinə qarşı cinayət işi açılıb.

“Cebheinfo.az”-ın məlumatına görə, "daşnaklar" Ermənistanda terror yolu ilə dövlət çevrilişi hazırlayan qrupla əlbir olmaqda ittiham edilir. 

Ermənistan Milli Təhlükəsizlik Xidməti “Daşnaksütyun”unun ali orqanının üzvü İqor Sarkisyanın, təşkilatın Abovyan komitəsinin üzvü Vardan Avaqyanın, Hrazdan komitəsinin üzvü Artaşes Onanyanın və komitənin üzvü Varazdat Amirayenin evlərində axtarışlar aparılır. 

Xatırladaq ki, bu gün səhər saatlarından onlarla polis və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Müqəddəs Mübarizə” hərəkatının ofisində axtarış istintaq əməliyyatları aparıb. 

Ermənistan İstintaq Komitəsi Baqrat Qalstanyanın liderlik etdiyi “Müqəddəs mübarizə” hərəkatının iştirakçılarının və rəhbərlərinin ölkədə terror aktları və hakimiyyəti ələ keçirməyə yönəlmiş aksiyalar planlaşdırdığını bəyan edib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”