“Harada görünüb ki, “tükdönmə” əməliyyatından o boyda cayıl ölsün?” - VİDEO

“Harada görünüb ki, “tükdönmə” əməliyyatından o boyda cayıl ölsün?” - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov 81 gün komada qalandan sonra vəfat edib. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, mərhumun yaxınları “Xəzər TV”yə hadisənin təfərrüatını danışıblar. 

Yaxınlarının iddialarına görə, əməliyyata hazırlaşan Sübhan Hüseynova verilən narkozdan sonra o, komatoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib:

“Cavanşir həkim onu əməliyyata götürdü. 4-5 saat xəbər ala bilmədik. Getdim yanına gördüm ki, komadadır. Həkim mənə demişdi ki, ən gec 24 saata oyanacaq. Gözlədik, ancaq oyanmadı”. 

S.Hüseynovun yaxınları gəncin “tükdönmə” əməliyyatından ölməsini absurd adlandırıb:

“Sübhan 44 günlük Vətən müharibəsində ölmədi. Harada görülüb ki, “tükdönmə” əməliyyatından o boyda cayıl ölsün?! Bu, harada görülüb?!”

Daha ətraflı videomaterialda: 

"Cebheinfo.az"