Səudiyyə Ərəbistanı klubu Messi ilə danışıqlara başlayıb

Səudiyyə Ərəbistanı klubu Messi ilə danışıqlara başlayıb

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu Lionel Messi ilə danışıqlara başlayıb.

"Report" "L'Equipe"ə istinadən xəbər verir ki, ərəb klubu argentinalı hücumçunun "İnter Mayami" (ABŞ) ilə müqaviləsinin müddəti bitdikdən sonra heyətə cəlb etmək niyyətindədir.

"Əl-Əhli" rəhbərliyi argentinalını bir neçə həftədir ki, razı salmağa çalışır. Tərəflər arasında maliyyə məsələsi ilə bağlı detallar açıqlanmayıb.

Qeyd edək ki, L.Messinin Amerika klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin dekabrına qədərdir.

"Cebheinfo.az"