Texas selə təslim oldu: Ölənlər və itkin düşənlər var - FOTOLAR

Texas ştatında baş verən qəfil sel fəlakətində ən azı 82 nəfər həyatını itirib, 41 nəfər isə hələ də itkindir.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Texas ştatında baş verən təbii fəlakət zamanı ən böyük itki Guadalupe çayı yaxınlığında yerləşən Kerr County bölgəsində qeydə alınıb.
Sel suları xristian qızlar üçün nəzərdə tutulmuş “Camp Mystic” düşərgəsini tamamilə cənginə alıb və burada 28-i uşaq olmaqla 68 nəfər həyatını itirib. Hələ də 10 qız uşağı və bir müşavir itkindir.
Fəlakət cümə günü, gün doğmadan dərhal əvvəl baş verib. Guadalupe çayı cəmi 45 dəqiqə ərzində 8 metr qalxaraq düşərgəni su altında qoyub.
Əksəriyyəti uşaq olan düşərgə sakinləri o vaxt yuxuda olublar. Həlak olanlar arasında düşərgənin uzun illər rəhbəri olmuş Riçard Dick İstlend də yer alır.
Fəlakətdən üç gün sonra Texas tarixinin ən genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarından biri artıq əsasən cəsəd axtarışına çevrilib.
Könüllülərin bildirdiyinə görə, düşərgə əşyaları təxminən 13 kilometr məsafəyə qədər çay boyunca sürüklənib. Zəhərli ilanlar və qalın palçıq xilasetmə qruplarının işini çətinləşdirir.
Kerr Countydə tapılan 28 cansız bədənin şəxsiyyəti hələ rəsmi olaraq açıqlanmayıb.
Rəsmilər ölü sayının daha da artacağından narahatdır. 4 İyul Müstəqillik Günü tətili səbəbindən bölgədə düşərgə quran başqa insanların da selə düşmüş ola biləcəyi ehtimal olunur.
Nigar Hacılı
"Cebheinfo.az"