Seyfəddin Hüseynlinin qardaşları Rusiyada öldürülüb - OMON dəstələri basqın edib

Seyfəddin Hüseynlinin qardaşları Rusiyada öldürülüb - OMON dəstələri basqın edib

Bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə APA-ya Səfərovların qardaşı Seyfəddin Hüseynli məlumat verib.

“İki qardaşımı da işgəncə ilə öldürüblər”, - deyə Seyfəddin Hüseynli bildirib.

Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb:

“İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər”.

"Cebheinfo.az"