Xocalıda baş verən qəzaya görə 35 400 manat sığorta ödənişi olundu

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş verən avtomobil qəzasına görə, böyük məbləğdə ödəniş edilib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ölkənin aparıcı sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkəti “HOWO” markalı yük avtomobili ilə baş verən qəzaya görə, böyük ödəniş edib.
Şirkətdən verilən məlumata görə, sentyabrın 9-u 2024-cü ildə Xocalı rayonu ərazisində “Atəşgah” Sığorta Şirkəti tərəfindən sığortalanmış “HOWO ZZ3327S3847E” markalı yük avtomobilinin idarəetməni itirməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Atəşgah” Sığorta Şirkətinin Texniki ekspertiza şöbəsi hadisə ilə bağlı sığortalanmış avtomobilə dəymiş maddi zərəri qiymətləndirib və sığortalıya 35 400 AZN məbləğində sığorta ödənişi edilib.
"Cebheinfo.az"