"Liverpul" heyətini "Bornmut"un futbolçusu ilə gücləndirəcək

"Liverpul" heyətini "Bornmut"un futbolçusu ilə gücləndirəcək

"Liverpul" "Bornmut"un futbolçusu Miloş Kerkezi heyətinə cəlb edir.

Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər arasında danışıqların yekunlaşmaq üzrə olduğu bildirilir. Transferin gələn həftə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Miloş Kerkezin "Bornmut"la müqaviləsi 2028-ci ilin yayına qədərdir. 21 yaşlı macarıstanlı müdafiəçi bu mövsüm komandasının heyətində 41 oyuna çıxaraq iki qol vurub və altı qolun ötürməsini edib.

"Cebheinfo.az"