"Şakro Molodoy" Moskvanın bir nömrəli "qanuni oğrusu"nun "TAC"INI ALDI

Rusiyanın bir nömrəli "qanuni oğru"su sayılan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov ictimai şəkildə gürcüəsilli kriminal avtoritet Badri Koquaşviliyə ("Badri Kutaisi") etimadsızlığını bildirib.
Bu barədə "Prime Crime" portalı məlumat yayıb. Bu addım faktiki olaraq "Badri Kutaisi"nin Moskvada əsas qanun oğru olmaq statusundan kənarlaşdırılması deməkdir.
İki kriminal avtoritet arasında qarşıdurma 2023-cü ilin yayında, "Şakro Molodoy"un həbsxanada cəza çəkdiyi zaman başlayıb. Məlumata görə, "Badri Kutaisi" "Şakro Molodoy"un vaxtından əvvəl azadlığa buraxılmasına qəsdən mane olmağa çalışıb və bu, onların arasında münasibətləri soyudub.
"Cebheinfo.az"