Təyyarə qorxusunu uçaraq dəf edirlər

Təyyarə qorxusunu uçaraq dəf edirlər

Böyük Britaniyanın “British Airways” aviaşirkəti artıq 30 ildir ki, uçuş qorxusu yaşayan sərnişinlər üçün “Flying with Confidence” (“İnamla Uç”) adlı xüsusi təlim proqramı həyata keçirir.

“Cebheinfo.az” xəbər verir ki, “Bir günlük, həyat dəyişdirən kurs” şüarı ilə təqdim olunan bu proqramda iştirakçılara uçuş qorxusunu dəf etməyə kömək edən texniki və psixoloji bilgilər verilir. 

Təlimlər zamanı təcrübəli pilotlar və klinik psixoloqlar sərnişinlərə uçuş qorxusu ilə necə mübarizə aparmalı olduqlarını ətraflı izah edirlər.

Böyük Britaniyanın “British Airways” aviaşirkəti bu təlimləri iki fərqli paket şəklində təqdim edir.

Qiymətlər isə 400-1900 funt-sterlinq arasında dəyişir. İndiyədək bu proqrama 50 minə yaxın insan qatılıb.

Kurs iştirakçıları əvvəlcə nəzəri biliklər alır, daha sonra isə xüsusi təşkil olunmuş bir uçuşa qoşulurlar.

Təyyarə hava limanından havaya qalxır, 40 dəqiqəlik maarifləndirici uçuş həyata keçirilir və eyni nöqtəyə geri dönür.

Əfsanə Rəcəb
“Cebheinfo.az”