Bayramov Ukrayna Bərpa Konfransında iştirak edəcək
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb.
XİN-dən verilən məlumata görə, səfər çərçivəsində nazirin iyunun 25-də Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.
Bununla yanaşı, C.Bayramovun bir sıra yüksəksəviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
"Cebheinfo.az"

