“Diplomatik korpus nümayəndələrinin səfəri yeni reallığın dünyaya çatdırlmasıdır” – Rəfail Becanov

"Dünyada baş verən hadisələr fonunda hər yerdə yeni nizamdan danışılır. Artıq böyük dövlətlərin liderləri də bu fikirləri açıq səsləndirir. Azərbaycan yeni dünya nizamnıda öz yerini fikirlərin bu qədər açıq söylənilməsindən əvvəl müəyyənləşdirib".
Bunu "Olaylar"a açıqlamasında "Cümhuriyət" qəzeti və "Cebhe.info" Xəbər Portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov Azərbaycanda akkreditə olunmuş xarici diplomatlardan, hərbi attaşelərdən və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrindən ibarət heyətin Laçına səfərini şərh edərkən deyib.
O, bildirib ki, Azərbaycan dünya nizamındakı öz yerinin bir hissəsini 44 günlük Zəfəri zamanı reallaşdırdı və tarixi ədaləti bərpa etdi:
"İşğal edilmiş və 30 il istismar edilən tarixi torpaqlarımız Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti və hərbi-siyasi liderliyi ilə geri qaytarıldı. Bu gün yeni dünya nizamında Azərbaycanın iqtisadi, logistic, hərbi baxımdan öz yeri və mövqeyi var. Azərbaycanda akkreditə olunmuş diplomatlar, attaşelər və hərbi rəhbərlərdən ibarət nümayəndə heyətinin Laçına səfəri bu nizamdakı yerimizin dünyaya bir daha nümayiş etdirilməsidir".
Rəfail Becanov bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin təşkil və koordinasiya etdiyi tədbirdə iştirakçılar Laçın şəhəri, orada aparılan abadlıq-quruculuq işləri tanış olublar.
Bu səfər Azərbaycanın mədəni irsinin və tarixi həqiqətlərinin dünyaya çatdırılması baxımından çox böyük əhəmiyyət daşıyır:
"Bütün dünyaya göstərilir ki, 30 il işğalda olan torpaqlarımızda indi hansı abadlıq və inkişaf prosesi gedir. Bu eyni zamanda Azərbaycan dövlətinin gücünün və qüdrətinin nümayişidir".
Rəfail Becanov daha sonra bildirib ki, diplomatların və beynəlxalq təşkilatların nümayəndələrinin bu kimi səfərlərinin təşkili və onların həmin ərazilərdə görülən işlərlə, əhalinin məskunlaşması, onlar üçün yaradılan infrastrukturlarla tanış olması Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi dəyər və önəmin də göstəricidir:
"Təbii ki, qarşılıqlı olaraq, bu, Azərbaycanın da beynəlxalq mövqeyini gücləndirir. Bununla yanaşı keçmiş və indiki reallıqlar arasında fərqin dünya ictimiyyətinə çatdırılması, səfərdə iştirak edən diplomatik korpus nümayəndələrinin bu həqiqətləri öz ölkələrinin ictmiai rəyinə təqdim etmələri üçün yaradılan imkandır.
Xüsusi qeyd etmək lazımdır ki, erməni lobbisinin və havadarlarının Azərbaycana qarşı informasiya hücumu aspektindən yanaşsaq, bu səfərlər Azərbaycanın ərazi bütövlüyünün, tarixi torpaqlarındakı mədəni irsin təbliği və bunun dünyaya bir daha çatdırılması baxımndan da çox əhəmiyyətlidir. Diplomatlar və beynəlxalq təşkilatların nümayəndələrinin səfəri davam edir. Artıq Şuşaya gediblər. Burada da tarixin reallıqları ilə tanış olacaqlar".
"Cebheinfo.az"