Paşinyan seçkidə qalıb gəldi - YENİLƏNİB - 3
Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb.
Bu barədə Ermənistan mediası MSK-nın məlumatına istinadən xəbər verir.
09.23
Ermənistan Mərkəzi Seçki Komissiyası səhər saat 08:30-a olan məlumata görə, 2006 seçki məntəqəsindən 1924-də seçki nəticələrini dərc edib və bülletenlərin 94%-ni emal edib.
Bu nəticələrə görə, hazırkı hakim "Vətəndaş Müqaviləsi" Partiyası 50,07% (689.675 səs) ilə liderdir.
"Güclü Ermənistan" bloku 23,35% (321.597 səs) ilə ikinci yerdədir.
Ermənistan bloku 9,96% (135.808 səs) ilə üçüncü yerdədir.
"Çiçəklənən Ermənistan" Partiyası 3,99% (54.900 səs) ilə dördüncü yerdədir.
Beşinci yerdə olan "Birlik Qanadları" Partiyası hazırda 2,28% (31.465 səs) səsə malikdir.
Heç bir dəyişiklik olmazsa, yeni parlament üç siyasi qüvvədən ibarət olacaq: "Vətəndaş Müqaviləsi", "Güclü Ermənistan" bloku və Ermənistan bloku. "Vətəndaş Müqaviləsi" bloku seçki həddini keçməsə də, bunu etmək üzrədir.
08.50
Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 90% faizi sayılıb.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 50,25 faizini qazanıb.
İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyalar bloku 23,31% səs toplayıb. Keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,78% səslə üçüncü yerdə qərarlaşıb. Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 4,2% səs toplayıb.
Beləliklə, müxalifət hazırda səslərin ümumi sayının 36,88%-nə malikdir.
07.45
Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 50,31 faizi hesablanıb.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Nəticəyə görə, Ermənistanın indiki Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası bülletenlərin 50,31%-i (742 857 səs) emal edildikdən sonra 51,03% səs toplayıb.
Samvel Karapetyanın "Güclü Ermənistan" bloku səslərin 23,18%-ni, keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,51%-ni və iş adamı Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası 4,18%-ni toplayıb. Seçici fəallığı 58,97% təşkil edib.
Paşinyan artıq rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının parlament seçkilərində qələbə qazandığını bildirib.
Xəzər
"Cebheinfo.az"


