Azərbaycanda tələbələrlə bağlı dəhşətli statistika: 14 min qovuldu, 76-sı isə...

Azərbaycanda tələbələrlə bağlı dəhşətli statistika: 14 min qovuldu, 76-sı isə...

Azərbaycanda ali və orta ixtisas təhsili alan minlərlə tələbə 2024-cü ildə təhsilini başa vura bilməyib.

"Cebheinfo.az" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, ötən il 14 minə yaxın tələbə müxtəlif səbəblərlə təhsil aldığı müəssisədə təhsildən kənarlaşdırılıb.

Ən çox tələbə təhsil haqqının ödənilməməsi, dərs buraxmaları və öz xahişi ilə təhsilini tamamlaya bilməyib, bu səbəblərlə 10 min 746 nəfər oxuduğu müəssisədə təhsilini yarımçıq qoyub.

Statistikaya görə, 315 nəfər akademik borc səbəbilə, 1133 nəfər digər təhsil müəssisəsinə köçürülmə ilə, 1346 nəfər isə təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması səbəbindən təhsilini dayandırıb.

Bundan başqa, 53 nəfər təkrar kursda saxlanılıb.

Amma rəqəmlər arasında daha bir ağır statistika var: 2024-cü ildə 76 tələbə vəfat edib. Onların 54-ü bakalavriat, 5-i magistratura pilləsində, 17-si isə orta ixtisas və tam orta ixtisas bazası üzrə təhsil alırdı.

Qeyd edək ki, bu rəqəmlər yalnız ali məktəbləri deyil, həm də orta ixtisas təhsil müəssisələrini əhatə edir.

"Cebheinfo.az"