Nazir: “Müəllimlərin müraciətinə baxılacaq”

Nazir: “Müəllimlərin  müraciətinə baxılacaq”

"Sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacaq”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.  

Nazir qeyd edib ki, əgər təhlillər zamanı ciddi fərqlər olduğunu görünsə, müəyyən qərarlar verilə bilər: “Xahişim odur ki, səbirli olsunlar. Bilsinlər ki, Elm və Təhsil Nazirliyi onların yanındadır. Biz ədalətsiz qərar vermirik. Hər zaman imtahanlarda sual çətinliyi mövzusu ortaya çıxır. Amma sualların nə dərəcədə çətin olduğunu bilmək üçün ayrı-ayrı açıqlamalara yox, onu müəyyən edən cədvəllərə baxmaq lazımdır. "

Nigar
“Cebheinfo.az”