“Son zəng”də çəkilən foto müzakirə yaratdı: Məzunların “qanuni oğru” sevgisi

“Son zəng”də çəkilən foto müzakirə yaratdı: Məzunların “qanuni oğru” sevgisi

14 iyunda ölkəmizin ümumtəhsil məktəblərində keçirilən “Son zəng” tədbirləri maraqlı anlarla yadda qalıb. 

“Cebheinfo.az” xəbər verir ki,  məktəblərdən birində çəkilən fotolar sosial şəbəkələrdə müzakirə yaradıb. Fotoda məzunların “Son zəng” ənənəsi olaraq  üzərində təbrik və ürək sözləri yazılan məktəb köynəklərində “oğru dünyası”na xas əlamətlərə üstünlük verildiyi görünür.

Sosial şəbəkə istifadəçiləri bunu gənclərin “oğru dünyası”na, “qanuni oğru”lara, kiminal aləmə meyilinin günbəgün artması ilə izah edir və bunun mənfi nəticələri olacağını bildirirlər.

Xəzər
“Cebheinfo.az”