Qəzzanın hər yerində internet kəsilib – SƏBƏB

Qəzzanın hər yerində internet kəsilib – SƏBƏB

İsrail Qəzzada zolağına kommunikasiya infrastrukturunu qəsdən pozur.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qəzzadakı hökumətin Media Ofisi məlumat yayıb.

Məlumatda İsrailin 20 aydır davam edən hücumlarında 10-cu dəfə bölgənin internet və rabitə xətlərinin tamamilə kəsdiyi açıqlanıb.

Bu kəsilmələrin texniki nasazlıq və ya təsadüf hesab oluna bilməyəcəyi, daha çox məqsədli və şüurlu şəkildə həyata keçirildiyi vurğulanıb.

“İsrail bu addımı ilə Qəzzanı xarici dünyadan təcrid etməyi, baş verənləri gizlətməyi və humanitar fəlakəti dərinləşdirməyi hədəfləyir” ifadələrinin yer aldığı açıqlamada, rabitə xətlərinin kəsilməsinin xüsusilə sağlamlıq və xilasetmə qruplarının işini əhəmiyyətli dərəcədə pozduğuna diqqət çəkilib.

Nigar Hacılı 
"Cebheinfo.az"