Bu ölkələr müharibəyə hazırlaşır: Xəstəxanalar, sığınacaqlar...

Rusiya ilə həmsərhəd olan bütün Avropa ölkələri səhiyyə sistemlərini müharibəyə hazırlayır.
“Cebheinfo.az” xəbər verir ki, bunu Avropanın “Politico” nəşri yazır.
"Şərq cinahda yerləşən bütün ölkələr səhiyyə sistemləri üçün böhrana cavab protokollarını nəzərdən keçirir, tibbi təlimlər keçirir, təcili yardım qrupları üçün zirehlər və dəbilqələr alır, əməliyyat otaqlarını yeraltı obyektlərə köçürür. Çünki Ukraynadakı münaqişə Avropanın müharibədən azad olduğu illüziyasını məhv edib", - nəşr qeyd edir.
Qəzet yazır ki, Litvada xəstəxanalar elektrik şəbəkəsi və ya su təchizatı nasazlığı halında işləməyə davam edə bilmək üçün elektrik generatorları quraşdırır. Dərman və su ehtiyatı yığır. Estoniyada isə tibb işçiləri üçün peyk telefonları yığılır və mobil şəbəkənin nasazlığı halında rabitəni saxlamaq üçün yerli, təcrid olunmuş internetin işə salınması planları hazırlanır.
“Politico” vurğulayır ki, Polşa Avropa ölkələrinin səhiyyə sistemlərini genişmiqyaslı hərbi münaqişəyə hazırlamağı 2025-ci ilin birinci yarısında Aİ Şurasına sədrliyinin əsas mövzularından birinə çevirib.
Xəzər
“Cebheinfo.az”