Arxiyepiskop Paşinyana “psixi xəstə” dedi

Arxiyepiskop Paşinyana “psixi xəstə” dedi

“Sovet dövründə kilsə üçün indiki hakimiyyətdən daha çox iş görülürdü”. 

“Cebheinfo.az”-ın məlumatına görə, İrəvanda dövlət və kilsə münasibətlərindəki problemlərə həsr olunmuş müzakirələrdə Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Açapayan belə deyib. 

Arxiyepiskopun çıxışı Sovet Ermənistanının ali rəhbərliyinin katolikos Birinci Vazgenlə görüşünün xatirəsi ilə başlayıb. “Sovet liderinin katolikoksa və onun təmsil etdiyi quruma müraciəti məni heyran etdi. O zaman Ermənistan hakimiyyətinin indi etdiyindən daha çox işlər görülüb. 

Hazırkı vəziyyət elədir ki, biz ötən əsrin 20-30-cu illərinə, erməni kilsəsinə kütləvi hücumların baş verdiyi vaxta qayıtmışıq”,- deyə Açapayan bildirib. “Bu, onu zəiflədə bilər. Lakin dövlət və millət üçün daha da ağır nəticələrə səbəb olacaq. Hücumlar məni bir kilsə xadimi kimi deyil, Ermənistan Respublikasının tamhüquqlu vətəndaşı kimi narahat edir”, - Açapayan əlavə edib. 

Arxiyepiskop Ermənistanın Baş naziri Nikol Paşinyanı ittiham edib: 

“Baş nazir kürsüsündə oturan adam ona aidiyyəti olmayan sahəyə girib və heç kim ona demir ki, belə etmə. Milli Təhlükəsizlik Xidməti ona kilsəni sarsıtmağın milli təhlükəsizliyə təhdid yaratdığını demir. Onun qanunu və konstitusiyanı pozduğunu deyən heç bir təhlükəsizlik qurumu yoxdur. 

Ədliyyə Nazirliyi yoxdur. Problemlər təkcə kilsə-dövlət münasibətlərində deyil, o, şəxsi həyata da qarışır. Bu adam dövlət şantajı ilə məşğuldur və Ədliyyə Nazirliyi ona demir ki, cinayət edir”,-deyə Açapayan qeyd edib.

O, Səhiyyə Nazirliyinə də müraciət edib: “Birinci xanım azyaşlıların korrupsiya cinayətindən danışır, amma cinayət işi yoxdur. Səhiyyə Nazirliyi birinci şəxsin səhhətində ciddi problemlərin olduğunu görmür. 

Dövlət qurumlarının tam dağılır, əks halda birinci şəxs və ümumiyyətlə, birinci xanım olmayan həyat yoldaşı belə davrana bilməzdilər. Biz səsimizi ucaltmalıyıq, niyə bütün vəziyyət öz ixtiyarına verilib və bütün xalq ruhi xəstənin səhər nə yazacağı ilə məşğuldur”. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”