“Qarabağ” Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi olub

“Qarabağ” Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi olub

"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçirilən “Sozopol Cup 2025” turnirinin qalibi olub.

"Report" Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün keçirilən həlledici matçda “Burqas”la qarşılaşıb.

Rəqib qapısından 2 cavabsız top keçirən "Qarabağ"ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqləniblər. Beləliklə komanda turnirin kubokuna sahib çıxıb.

Qeyd edək ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplayan Ağdam klubu yarımfinalda “Levski”ni penaltilər seriyasında məğlub edib – 0:0 (4:3-p.).

"Cebheinfo.az"