Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinə 150 tanker daxil ediləcək

Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinə 150 tanker daxil ediləcək

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketinə 60 şəxsi və təşkilatı, eləcə də 150 tankeri daxil edəcək.

Bu barədə “Bloomberg” agentliyi bildirib.

Agentliyin məlumatına görə, sanksiyalar siyahısına daxil edilən tankerlərin sayı 300-dən çox olacaq, onların Avropanın yurisdiksiyasında olan limanlara girişi qadağan ediləcək.

Qeyd edək ki, Avropa Komissiyası Aİ ölkələrinə Rusiyadan uran və nüvə yanacağı almağı qadağan etməyi təklif edib.

“Cebheinfo.az”