“Dünən gecə çox yaxşı xəbər gəldi”

ABŞ Prezidenti Donald Tramp Yəməndəki husiləri bombalamağı dayandıracağını açıqlayıb
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı bildirib.
“Dünən gecə çox yaxşı xəbər gəldi. Husilər bizə dedilər ki, daha döyüşmək istəmirlər. Biz buna hörmət edirik və bombardmanı dayandıracağıq”, - o qeyd edib.
Amerika liderinin sözlərinə görə, husilər təslim oldular və artıq gəmiləri partlatmayacaqlarını açıq şəkildə bildirdilər.
"Cebheinfo.az"