Ukrayna-Azərbaycan konsulluq məsləhətləşmələrinin gündəliyi müzakirə olunub

Ukrayna-Azərbaycan konsulluq məsləhətləşmələrinin gündəliyi müzakirə olunub

Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Vladislav Kanevski Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumat departamentin sosial şəbəkə hesabında yerləşdirilib.

Qeyd olunub ki, görüşdə konsulluq sahəsində ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri və gələcəkdə aparılması nəzərdə tutulan Ukrayna-Azərbaycan konsulluq məsləhətləşmələrinin gündəliyi məsələsini müzakirə ediblər.

Görüş zamanı Vladislav Kanevski Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi prosesində Azərbaycanın dəyişməz mövqeyinə, ölkəyə göstərilən genişmiqyaslı humanitar yardımlara, həmçinin müharibədən zərər çəkmiş Kiyev vilayətində infrastruktur obyektlərinin yenidən qurulması üzrə birgə layihələrin uğurla həyata keçirilməsinə görə səfirə təşəkkürünü bildirib.

"Cebheinfo.az"