ABŞ-İran danışıqlarının vaxtı açıqlandı

İran və ABŞ arasında danışıqların dördüncü raundu mayın 11-də Omanın paytaxtı Maskatda keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, İranın “Nour News” xəbər agentliyi adı açıqlanmayan rəsmiyə istinadən xəbər verir ki, İran və ABŞ arasında danışıqların dördüncü raundu bazar günü Maskatda keçiriləcək.
İki ölkə arasında nüvə müzakirələrindən ikisi Maskatda, biri isə İtaliyanın paytaxtı Romada keçirilib.
Tərəflər görüşdən sonra verdikləri bəyanatlarda danışıqların müsbət atmosferdə keçdiyini qeyd ediblər.
Nigar Hacılı
"Cebheinfo.az"