Atəşkəs baş tutmur

İyunun 24-ü səhər saat 07:00-dan İsrail və İran arasında qüvvəyə minən atəşkəs haqqında razılaşma pozulub.
“Cebheinfo.az”-ın məlumatına görə, hər iki tərəfdən gələn informasiyalar bunu təsdiq edir. İran tərəfi bu gün atəşkəs elan edildikdən sonra İsrailin Hayfa və Ramat David aivabazalarına raket zərbələri endirib.
Eyni zamanda, “Tasnim” agentliyi İranın şimalındakı Gilan əyalətinə İsrailin hücumu nəticəsində 9 nəfərin öldüyünü, 33 nəfərin yaralandığını bildirib. İsrailin bu gün səhər saatlarında Gilana endirdiyi raket zərbələri nəticəsində İranın daha bir nüvə alimi öldürülüb. Məhəmmdrza Sadiqi Sabir yaşadığı evdə məhv edilib.
Müşfiq Abdulla
“Cebheinfo.az”