Avropada təbii qaz bu qədər ucuzlaşıb

Avropada təbii qaz bu qədər ucuzlaşıb

ABŞ Prezidenti Donald Trampın İsrail-İran atəşkəsi ilə bağlı məlum açıqlamasından sonra Avropada təbii qazın qiyməti təxminən 12 faiz ucuzlaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın iyul fyuçersləri günə 1 000 kubmetr üçün 36,4 ABŞ dolları (-10,1) səviyyəsində azalıb.

Avropada qaz qiymətləri, İsrailin İrana hücumları ilə başlayan qarşıdurmadan sonra Hörmüz boğazının bağlana biləcəyi və qlobal maye təbii qaz (LNG) ticarətinin pozula biləcəyi ilə bağlı narahatlıqlar səbəbilə son iki həftə ərzində dəyişkən bir seyir izləmişdi.

Belə ki, qiymətlər 19 iyun tarixində 41,9 avroya yüksələrək aprelin əvvəlindən bəri ən yüksək səviyyəyə çatmışdı.

Hörmüz boğazı, qlobal LNG ticarətinin 20 faizini təşkil edir.

Bu boğazdan keçən LNG-nin böyük hissəsi Asiya ölkələrinə göndərilir, təxminən 15 faizi isə Avropaya ixrac olunur.

Nigar Hacılı 
"Cebheinfo.az"