PFL rəsmisinə UEFA-dan təyinat

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
O, UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 10-da keçiriləcək “Torpedo-BelAZ” (Belarus) - “Rabotniçki” (Şimali Makedoniya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda oynanılacaq.
"Cebheinfo.az"