“Neftçi” Filip Ozobiçlə yollarını ayırıb

“Neftçi” Filip Ozobiçlə yollarını ayırıb

“Neftçi” komandası futbolçusu Filip Ozobiçlə yollarını ayırıb.

Klubdan verilən məlumata görə, təcrübəli oyunçu ilə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, 2023-cü ilin yayından “ağ-qaralar”da çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda 16 qolla yadda qalıb.

"Cebheinfo.az"