Deputatdan təklif: “Yeni tikilən hər binada məktəbəqədər...”

“Yeni binalar tikirlər, onların həyətində, birinci-ikinci mərtbəsində müxtəlif obyektlər tikib istifadəyə verirlər.
Təklif edirəm ki, yeni tikililəri hər birində məktəbəqədər təhsil müəssisəsi yaratsınlar”.
“Cebheinfo.az” xəbər verir ki, bu təkliflər deputat Siyavuş Novruzov parlamentin bugünkü iclasında deyib.
Deputat əlavə edib ki, məktəbəqədər təhsil müəssisələri binalarda olarsa, bu valideyinlər üçün də rahat olar:
“Uşaqlar da daha yaxşı inkişaf edər, savadlıq gənclik yetişər”.
Vilayət Muxtar
“Cebheinfo.az”