Azərbaycan güləşçisi Rusiyada keçirilən turnirdə bürünc medal qazanıb

Azərbaycan güləşçisi Rusiyada keçirilən turnirdə bürünc medal qazanıb

Azərbaycan güləşçisi Musa Ağayev Rusiyanın Kaspiysk şəhərində keçirilən sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirə turnirində bürünc medal qazanıb.

Bu barədə "Cebheinfo.az"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

55-ci dəfə keçirilən memorialda bu gün 57, 65, 74, 86 və 97 kq-da medalçılar müəyyənləşib.

Musa Ağayev 65 kq çəki dərəcəsində üçüncü yeri tutub.

Sabah 61, 70, 79, 92 və 125 kq-da qaliblərin adlarına aydınlıq gələcək.

"Cebheinfo.az"