“Hraparak”: “300 min azərbaycanlı geri qayıdır, müqavilə imzalanır”

“Kilsə mövzusu ilə ictimaiyyəti məyus edən və onun müqavimətini qıran Ermənistanın Baş naziri Nikol Paşinyan 300 min azərbaycanlının Ermənistanda məskunlaşdırılması və digər təhlükəli tələblər də daxil olmaqla əlavə düzəlişlərlə sülh müqaviləsinin Azərbaycan variantını imzalaya bilər”.
“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” nəşri belə yazıb. Qeyd edilir ki, Paşinyanın kilsə əleyhinə kampaniyası çərçivəsində hakim Vətəndaş Müqaviləsi Partiyasının fraksiyası “Ermənistan və Erməni Apostol Müqəddəs Kilsəsi arasında münasibətlər haqqında” Qanuna dəyişikliyi müzakirə etməli idi. Həmin qanun layihəsinə görə, Ermənistan öz sərhədləri daxilində Erməni Apostol Müqəddəs Kilsəsinin özünüidarəsini tanıyır:
“Bu isə o deməkdir ki, dövlət kilsənin muxtariyyətini tanıyır.
Bu da öz liderinin seçilməsində özünüidarəni nəzərdə tutur. Kilsənin ən yüksək orqanı katolikosu seçən Milli Ruhani Şurasıdır. Seçkilər üç mərhələdə keçirilir. Birinci mərhələdən sonra ən çox səs toplayan üç namizəd, ikinci turdan sonra isə üç namizəddən ikisi qalır. Üçüncü səsvermə katolikosu müəyyən edir.
“Vətəndaş Müqaviləsi” Partiyasının üzvlərinə yuxarıdan ruhanilərə qarşı sərt mübarizə aparmaq, xüsusilə də subaylıq məsələsi ilə bağlı göstəriş verilsə də, onların çoxu Paşinyanın bu hay-küydən başqa, təhlükəli məsələləri həll etmək üçün istifadə etmək istəyindən narahatdır”.
Müşfiq Abdulla
“Cebheinfo.az”